Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
31 Mart 2021 08:52
2 429
Fiziki və texniki baxımdan çox güclü komandaya qarşı oynayırdıq. Buna görə heyəti qurarkən fərqli qərar qəbul etmişdim. Fiziki cəhətdən daha güclü futbolçulara ehtiyac vardı. Əlbəttə, nəticəyə görə narahatam. Fikirləşirəm ki, fərqli nəticə ola bilərdi.
AZƏRTAC xəbər verir ki, bunu futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Bakıda Serbiya millisini qəbul edən Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi söyləyib: “Oyun ərzində 4 yaxşı imkanımız oldu. Təəssüf ki, bunlardan yararlana bilmədik. Komandadan razı qaldım və əminəm ki, inkişafımızı davam etdirəcəyik. Oyundan sonra futbolçulara təşəkkürümü bildirdim. Çox istəkli cavan oyunçularımız var. Bəzən səhvlər bizə baha başa gəlir. Bu gün də belə oldu. Bizim oyunlara baxan başa düşər ki, pozitiv məqamlar çoxdur. Bu gün də son 10 dəqiqədə məğlub olduq”.
Qeyd edək ki, Bakı Olimpiya Stadionunda təşkil olunan Azərbaycan-Serbiya oyunu millimizin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
11 Sentyabr 22:33
665
11 Sentyabr 20:20
875
11 Sentyabr 19:19
826