Avro-2020: Belçika yığması Finlyandiya, Daniya yığması Rusiya komandasına qalib gəldilər İdman

Avro-2020: Belçika yığması Finlyandiya, Daniya yığması Rusiya komandasına qalib gəldilər

Belçika millisi Avropa Futbol Çempionatının qrup mərhələsinin üçüncü tur matçında Finlandiya komandasını məğlub etdi.

Trend-in məlumatına görə, Sankt-Peterburqda keçirilən görüş 2:0 hesabı ilə sona çatıb.

Qolları 74-cü dəqiqədə finlərin qolkiperi Lukaş Qradeski öz qapısına və 81-ci dəqiqədə belçikalı Romelu Lukaku vurublar.

Belçika komandası 9 xalla B qrupunda birincidilər.

Eyni turnirin qrup mərhələsinin üçüncü tur matçında Rusiya millisi 1:4 hesabı ilə Daniya komandasına uduzub. Görüş Kopenhagendə keçirilib.

Qaliblər tərəfindən qolları Mikkel Damsqor (38-ci dəqiqə), Yussuf Poulsen (59), Andreas Kristensen (79) və Yoakim Mexle (82), ruslardan isə Artyom Dzyuba (70) vurublar.

Daniya yığması 1/8 final mərhələsində Amsterdamda 26 iyun tarixində Uels yığması ilə qarşılaşacaq.