Nazir: Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatları artırılacaq Cəmiyyət

Nazir: Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatları artırılacaq

Tədrisi digər dillərdə aparılan məktəblərdə Azərbaycan dili fənni üzrə dərs saatları artırılacaq.

Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev mətbuat konfransında çıxışı zamanı deyib.

Nazir bildirib ki, birinci sinifdən 9-cu sinfədək sözügedən məktəblərdə Azərbaycan dili fənni üzrə həftəlik dərs saatlarının sayı 3 saatdan 4 saata çatdırılacaq.

Onun sözlərinə görə, məqsəd həmin məktəblərdə şagirdlərin anlama, danışma, oxu və yazı bacarıqlarını artırmaqdır.