Zərdabda yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb Hadisə

Zərdabda yol qəzasında ağır xəsarət alan qadın xəstəxanada ölüb

Zərdabda altı gün əvvəl yol qəzasında xəsarət alan qadın dünyasını dəyişib.

APA-nın yerli bürosunun xəbərinə görə, ağır xəsarət alan Reyhan Məhəmmədova bu gün müalicə aldığı xəstəxanada ölüb.

Qeyd edək ki, yol qəzası sentyabrın 8-də saat 23 radələrində Zərdab-Ağcabədi avtomobil yolunun Zərdab rayonunun Yarməmmədbağı kəndinin ərazisində baş verib.