Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər
Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək
Kallas: Rusiyanın Polşa sərhədindəki zərbəsi Qərbə açıq mesajdır
Rusiyada ali təhsil alan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb
Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə layihəsinə qoşulacaq
13:16
399
Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Rusiyanın Polşa sərhədi yaxınlığına endirdiyi zərbənin "Qərb dünyasına bir mesaj" olduğunu bildirib.
Xalqcebhesi.az xəbər verir ki, o, bu barədə Finlandiyada keçirilən Avropa Arktika Sammitinin başlamasından əvvəl jurnalistlərə açıqlamasında deyib.
Kallasın sözlərinə görə, Avropa İttifaqı təxribatlara uymamalı və Ukraynanı dəstəkləməyə davam etməlidir.
"Sual olunur: biz bu mesajdan hansı dərsi çıxarmalıyıq? Hesab edirəm ki, biz bunun əksini etməliyik. Ukraynanı dəstəklədiyimizi və qorxmadığımızı göstərməliyik, əks halda Rusiya istədiyinə - yəni Ukraynanın tabe etdirilməsinə nail olacaq. Dəfələrlə qeyd etdiyim kimi, bu onların son məqsədi deyil, buna görə də biz mövqeyimizdə möhkəm dayanmalıyıq", — deyə Kallas bildirib.
Məryəm Quliyeva