14 Sentyabr 17:37
14 Sentyabr 14:59
Emin Əmrullayev bu il məktəbə qədəm qoyan şagirdləri təbrik edib
Paytaxtın 7 prospektində və 11 küçəsində “Yaşıl dalğa” rejimi tətbiq edilir
QAİ Qarabağ və Şərqi Zəngəzura diplomatik səfərə Ermənistanın reaksiyasını pisləyib
BMTB Elmi-Tədqiqat İnstitutunda “Sülh Aylığı” çərçivəsində maarifləndirici tədbir keçirilib
08:31
385![]()
Massaçusets ştatının Federal Dairə Məhkəməsi ABŞ hakimiyyətinin əcnəbi jurnalistlərə, tələbələrə və mübadilə proqramları ilə gələn şəxslərə vizaların verilməsi üzrə yeni qaydalarının qüvvəyə minməsini məhkəmə çəkişmələri başa çatanadək saxlayıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS müxbirinin tanış olduğu qərarda bildirilir.
Bu işdə iddiaçı təxminən 600 kollec və universiteti təmsil edən qeyri-kommersiya təşkilatı olan Ali Təhsil və İmmiqrasiya üzrə Prezidentlər Alyansı, cavabdeh isə ABŞ Daxili Təhlükəsizlik Departamentidir. "İddiaçıların yekun normanın qüvvəyə minmə tarixinin təxirə salınması ilə bağlı vəsatəti təmin edilir", — deyə hakim Dennis Seylorun qərarında qeyd olunur.
İyul ayında ABŞ Daxili Təhlükəsizlik Nazirliyi əcnəbi jurnalistlərə, tələbələrə və mübadilə proqramları ilə gələnlərə vizaların verilməsi qaydalarında dəyişiklikləri elan edərək, onların ölkədə qalma müddətini 240 günlük sabit müddətlə məhdudlaşdırmışdı. Çin vətəndaşları üçün isə qeyd olunan müddətin 90 günlə məhdudlaşdırılması təklif edilir.
Məryəm Quliyeva