Emin Əmrullayev: Peşə məktəblərinə qəbul sayı iki dəfə artıb
Nazir: Yaxın vaxtlarda müəllimlərin ikinci dəfə sertifikasiya prosesinə başlanılacaq
Müəllimlərin vahid geyim forması ilə bağlı bu günlərdə yeni qaydalar qüvvəyə minəcək
Növbəti tədris ilində süni intellektlə bağlı tədbirlər genişləndiriləcək
14:59
644
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) rəhbəri Rafael Qrossi İran hakimiyyətini Tehranın nüvə proqramı ilə bağlı məsələlərin aydınlaşdırılması üçün təşkilatla qarşılıqlı əlaqəni bərpa etməyə çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Qrossi Vyanada BAEA-nın 70-ci Baş Konfransının açılışında çıxış edərkən bildirib.
"BAEA nüvə proqramı ilə bağlı məsələlərə aydınlıq gətirilməsi üçün birgə işə dəvət edərək İrana bir daha əl uzadır", - deyib.
O, Agentliklə dialoq bərpa olunmadan İslam Respublikası ilə münasibətlərdə nə proqnozlaşdırılma, nə zəmanət, nə də etimadın ola biləcəyini vurğulayıb. Eyni zamanda Qrossi əmin edib ki, BAEA "İranın təhlükəsizlik sahəsindəki narahatlıqlarına hörmətlə yanaşacaq" və ölkənin bu sahədə qarşılaşdığı çətinlikləri nəzərə alacaq.
O, həmçinin İranın nüvə proqramının müstəsna olaraq dinc xarakter daşımasının zəmanəti və təsdiqlənməsi istiqamətində işlərin davam etdirilməli olduğunu vurğulayıb. BAEA rəhbəri bu məsələnin tənzimlənməsi perspektivlərinə dair "iddialı nikbinliyini" ifadə edib.
Məryəm Quliyeva