“Bitcoin”in qiyməti 77,6 min dollara yüksəlib İqtisadiyyat

“Bitcoin”in qiyməti 77,6 min dollara yüksəlib

Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlər üzrə qarışıq dinamika qeydə alınıb.

“APA-Economics” xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 0,17% bahalaşaraq 77 682,59 ABŞ dollarına yüksəlib.

Bazar kapitallaşmasına görə ikinci ən böyük kriptovalyuta olan “Ethereum” isə 0,50% ucuzlaşaraq 2 499,18 dollara enib. “Zcash” 2,56% bahalaşaraq 1 141,18 dollara yüksəlib. BNB 0,18% azalaraq 720,97 dollara, “Monero” 2,15% geriləyərək 513,61 dollara düşüb.

Digər aktivlərdə də əsasən eniş qeydə alınıb. “Bittensor” 1,93%, “Bitcoin Cash” isə 0,76% ucuzlaşıb.

Qızıl əsaslı kriptovalyutalarda da azalma davam edib. “PAX Gold” (PAXG) son sutkada 0,67% azalaraq 4 305,35 dollara, “Tether Gold” (XAUT) isə 0,63% geriləyərək 4 302,53 dollara enib.

“CoinMarketCap 20” indeksi 0,26% artaraq 160,93 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması isə 1,56 trln. dollar səviyyəsindədir.

Ekspertlərə görə, kriptovalyuta bazarında istiqamət əsasən ABŞ Federal Ehtiyat Sisteminin faiz qərarı, qlobal risk iştahı və geosiyasi gərginliklə bağlı gözləntilərdən asılı olaraq formalaşır. Son günlərdə kəskin dalğalanmalardan sonra investorların daha ehtiyatlı mövqe tutması qiymətlərin məhdud diapazonda hərəkət etməsinə səbəb olur.