Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər Dünya

Husilər Səudiyyə Ərəbistanındakı aviabazaya zərbələr endirdiklərini bildiriblər

Yəmən husiləri bazar ertəsi günü Səudiyyə Ərəbistanının cənub-qərbindəki Xamis-Muşaytda yerləşən aviabazaya hücum etdiklərini bildiriblər.

Xalqcebhesi.az "Iran International"a istinadən xəbər verir ki, bu arada bazar ertəsi səhər erkən saatlarda İraq Kürdüstanının Süleymaniyyə şəhərindən şərqdə yerləşən kürd müxalifətinin üç düşərgəsinə raket zərbələri endirilib.

Xəsarət alanlar barədə məlumat daxil olmayıb. Mənbələr hücumların arxasında kimin dayandığını dəqiqləşdirməyiblər.

Məryəm Quliyeva