“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir”
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
ABŞ-dən açıqlama: Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyəcək
Polşada hərbçilərə səmadakı kənar obyektləri vurmaq icazəsi verilib
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
16:45
434
Polşanın hərbi qüvvələri ölkənin hava məkanını pozan bütün obyektləri vurmaq hüququna malikdir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyinin rəhbər müavini Sezari Tomçik bildirib.
"Dövlət sərhədləri pozulduğu təqdirdə "Patriot" kimi antimüdafiə sistemlərimizin və hərbi təyyarəçilərimizin hazır vəziyyətdə olması və silahdan istifadə edə bilməsi üçün Polşanın əməliyyat komandanı hər dəfə belə vəziyyətlərdə obyektlərin vurulması üçün öncədən icazə verən müvafiq əmr verir", — deyə Tomçik "TVN24" televiziya kanalının efirində bildirib.
Sentyabrın 13-də Polşanın baş naziri Ukraynanın qərbində, Polşa sərhədi yaxınlığında baş verən bir neçə insidentlə bağlı əməliyyat qərargahının iclasını çağırıb.
Məryəm Quliyeva