Suriya Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasını dəstəkləyib Dünya

Suriya Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasını dəstəkləyib

Dəməşq Yaxın Şərqdə nüvəsiz zonanın yaradılması və regionun bütün ölkələrinin Nüvə Silahlarının Yayılmaması Haqqında Müqaviləyə (NPT) qoşulması çağırışını aktual hesab edir.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Suriyanın keçid hökumətinin xarici işlər naziri Əsəd əl-Şeybani bildirib.

"Biz Yaxın Şərqdə nüvə silahından və bütün digər kütləvi qırğın silahlarından azad zonanın yaradılmasını dəstəkləyirik", — deyə diplomat Vyanada Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) 70-ci Baş Konfransında çıxış edərkən qeyd edib. Onun sözlərinə görə, BAEA-nin 1995-ci ildə qəbul edilmiş qətnaməsi bu gün də aktuallığını qoruyur və regionun bütün dövlətləri NPT-yə qoşulmalıdır.

Əl-Şeybani Agentliklə şəffaf əməkdaşlığa hazır olduqlarını təsdiqləyib və xatırladıb ki, Suriya hakimiyyəti avqustun 18-də ölkənin şimal-şərqindəki Deyr əz-Zor əyalətində yerləşən və 2007-ci ildə İsrail Hərbi Hava Qüvvələri tərəfindən zərbə endirilmiş nüvə obyektinə baxış keçirilməsinə şərait yaradıb.

"Orada aşkar edilmiş 73 ton təbii uran hazırda BAEA-nın nəzarəti altındadır və Suriyada təhlükəsiz şəkildə qalacaq", — deyə nazir vurğulayıb. — "Bu nüvə materialları heç bir təhlükə yaratmır".

Məryəm Quliyeva