Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək Gündəm

Stubb: Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirməyəcək

Finlandiya Fransanın təkmilləşdirilmiş nüvə çəkindirmə təşəbbüsünə qoşulmasına baxmayaraq, öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Finlandiya Prezidenti Aleksander Stubb bildirib.

"Fransa təşəbbüsü NATO çərçivəsindəki nüvə çəkindirməsini əvəz etmir və onunla kəsişmir. Finlandiyanın birinci dərəcəli vəzifəsi NATO və Avropa İttifaqının bir hissəsi kimi hərəkət etməkdir. Finlandiya sülh dövründə öz ərazisində nüvə silahı yerləşdirmək niyyətində deyil", — deyə o, "X" sosial şəbəkəsində yazıb.

Məryəm Quliyeva