11 Oktyabr 2021 08:46
9 646
Futbol üzrə dünya çempionatının seçmə mərhələsi çərçivəsində Uruqvay millisi Argentina komandasına 3:0 hesabı ilə uduzub.
Trend xəbər verir ki, görüş Buenos-Ayresdə baş tutub.
Qolları qaliblər tərəfdən Lionel Messi (38-ci dəqiqə), Rodriqo De Paul (44), digər komandadan isə Lautaro Martinez (62) vurublar.
Argentina millisi turnir cədvəlində ikinci yeri tutur (10 oyunda 22 xal) və növbəti oyununu oktyabrın 15-də öz meydançasında Peru yığması ilə keçirəcək. Uruqvay komandası turnir cədvəlində dördüncüdür (11 oyunda 16 xal), yığma, həmçinin, oktyabrın 15-də Braziliya millisi ilə səfərdə görüşəcək.
26 Mart 12:39
2 597
25 Mart 16:33
2 905
25 Mart 14:06
2 968