Polşa Avropa İttifaqından çıxmaq imkanını qəbul edib
31 Oktyabr 17:08
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
25 Mart 2022 11:32
5 628
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun Rusiyadan alınan S-400 zenit-raket komplekslərinin Ukraynaya verilməsi ideyasını qeyri-real adlandırıb.
Bu barədə F.Altun "The Wall Street Journal" qəzetinin matın 18-də dərc etdiyi məqaləyə cavab olaraq bildirib.
Daha əvvəl "The Wall Street Journal" qəzeti bildirib ki, Ankaranın S-400 hava hücumundan müdafiə sistemlərini Ukraynaya verməsi Ukraynanın təcili ehtiyaclarını ödəyəcək və ABŞ-ın "Patriot" sistemlərinin Türkiyəyə satışına və Türkiyənin "F-35 proqramına qayıtmasına" yol açmaqla "ABŞ-Türkiyə münasibətlərini düzəldəcək".
Məqaləni şərh edən F.Altun qeyd edib ki, bu fikir bu gün kifayət qədər real olmasa da, Türkiyənin son zamanlar Qərblə münasibətlərdə üzləşdiyi problemləri müzakirə etmək imkanı verir.
O xatırladıb ki, Ankaranın Rusiyadan S-400 komplekslərini alması ABŞ-ın “Patriot”u satmaqdan imtina etməsi səbəbindən məcburi addım olub.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri bildirib ki, Vaşinqton Ankaranın Rusiyadan S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə bağlı qərar qəbul etməsindəm əvvəl Türkiyənin ABŞ-la danışıqlar aparmasına, lakin ABŞ tərəfinin "Patriot"u satmaqdan imtina etməsi faktına məhəl qoymur.
31 Oktyabr 21:36
987
31 Oktyabr 21:07
1 099
31 Oktyabr 19:45
1 127