Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
1 Aprel 2022 09:14
3 584
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna böhranının həlli istiqamətində göstərdiyi səylərə görə Nobel Sülh Mükafatı ala bilər.
Bu barədə jurnalist Saskiya van Vestrinen Hollandiyanın "Algemeen Dagblad" qəzetində dərc olunan məqaləsində bildirib.
Jurnalist R.T.Ərdoğanın İstanbulda danışıqlardan əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşdə söylədiyi fikirlərə də yer verib və prezidentin "Bütün dünya xoş xəbər gözləyir. Biz sizə kömək etməyə hazırıq" sözlərini sitat gətirib.
“Əgər hər şey yaxşı bitərsə, Ərdoğan indiki mövqeyi ilə demək olar ki, Nobel Sülh Mükafatını ala bilər”, - deyə van Vestrinen bildirib.
Həm Rusiya, həm də Ukrayna ilə dostluq münasibətləri sayəsində Türkiyə özünəməxsus mövqedədir və müharibəni bitirmək istəyinə görə geniş şəkildə təqdir olunur. R.T.Ərdoğan bu yaxınlarda İstanbulda keçirilən görüşdən əvvəl Ukrayna və Rusiya nümayəndə heyətləri ilə görüşüb və bunu hər iki tərəf “konstruktiv” adlandırıb.
12 Sentyabr 13:19
833
12 Sentyabr 11:52
882
12 Sentyabr 11:19
903