

14 Mart 08:53
Rusiya xüsusi xidmət orqanları Qaraçay-Çərkəz Respublikasında terror aktının qarşısını alıb, Bu barədə FTB-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Axtarış zamanı saxlanılan şəxslərdən əldəqayırma partlayıcı maddələrin hazırlanması üçün komponentlər, hücumun planlaşdırıldığı obyektin diaqramı, terror məzmunlu qadjetlər, hücum vasitələrinin hazırlanması üçün internetdən təlimatlar, həmçinin İŞİD yaraqlıları ilə yazışmalar aşkar edilib.
Faktla bağlı “Bir qrup şəxs tərəfindən terror aktına hazırlıq” və “Terror təşkilatının fəaliyyətində iştirak” maddələri ilə cinayət işi açılıb. Onları 20 ilə qədər həbs cəzası gözləyir.
Cavid