Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
18 Aprel 2022 12:08
4 578
Fransa Xarici İşlər Nazirliyinin dövlət katibi Klement Bon Ukraynada baş verənləri soyqırım adlandırmayıb.
Bu barədə Rusiya mətbuatı yazıb.
“Xeyr, bu, tamamilə doğru deyil. Hətta qəddar hərəkətlərin edildiyi bir şəraitdə belə, dəqiq terminlərdən istifadə edilməlidir”, - diplomat Sud radiosunda Rusiyanın Ukraynadakı hərəkətlərini soyqırım hesab edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.
Aprelin 13-də Fransa prezidenti Emmanuel Makron da Ukraynada baş verənləri soyqırım kimi dəyərləndirməyib, terminlərdən ehtiyatlı istifadə etməyə çağırıb. Bundan əlavə, o, rusları və ukraynalıları qardaş xalqlar adlandırıb.
Fransa prezidentliyinə namizəd, ifrat sağçı Milli Ralli partiyasının lideri Marin Le Pen də Rusiyanın xüsusi əməliyyatı ilə bağlı eyni mövqedədir.
Cavid
26 Sentyabr 12:57
959
26 Sentyabr 12:51
931
25 Sentyabr 17:59
1 134