 
                
                
                
             
                
                
                
            Elxan Cəfərov: Son üç ildə dövlət sifarişi ilə ümumilikdə 71 film layihəsinin istehsalına başlanılıb
Zahid Oruc: “Real Ermənistan”ı tanıtdırmaq üçün ermənilər Bakıdan qərar gözləyir”
Kino Agentliyi son üç ildə 22 filmin çəkilişinə dəstək göstərib
Rusiyanın Sumı şəhərinə zərbələri nəticəsində 15 nəfər xəsarət alıb
Milli Məclis Zəfərin beşinci ildönümü ilə bağlı Bəyanat qəbul edəcək
 26 Aprel  2022 08:36
26 Aprel  2022 08:36 3 514
3 514
Moody's Beynəlxalq reytinq agentliyi 2022-ci ildə qlobal inflyasiyanın yüksək və 2023-cü ilin ikinci yarısında orta səviyyədə qalacağını bildirib.
Agentlik Ukraynadakı böhran nəticəsində artan ərzaq və yanacaq qiymətləri, tədarük zəncirinin pozulması səbəbindən inflyasiya təsirləri özünü daha qabarıq büruzə verəcəyini və gözlənildiyindən daha uzun sürəcəyini təxmin edir.
İnkişaf etmiş ölkələrdə əməyin dəyərinin və inflyasiya gözləntilərinin artmasının risklərin çoxaldığına təsir etdiyini vurğulayan agentlik, daim artan inflyasiyanın, xüsusən də iqtisadi ləngimə və yüksək faiz dərəcələri dövründə ölkələrə mənfi təsir göstərəcəyini proqnozlaşdırır.
“Biz qlobal inflyasiyanın 2022-ci ildə yüksək, 2023-cü ilin ikinci yarısında isə mülayim qalacağını gözləyirik, inflyasiya riskləri yüksələn xətt üzrə davam edəcək”, - agentliyin açıqlamasında bildirilir.
 
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                     
                    