

"Gürcüstan Rusiyaya qarşı fərdi sanksiyalar tətbiq edə bilməyəcək, çünki ölkənin buğda idxalının böyük hissəsi və meyvə ixracının böyük hissəsi Rusiya ilə bağlıdır".
Gürcüstan mətbuatı yazır ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili ABŞ-da "Foreign Policy" nəşrinə müsahibəsində deyib.
O deyib ki, Kiyevin Gürcüstandan səfiri çağırmaq qərarı Gürcüstanın müxalifət partiyalarının liderləri ilə Ukrayna arasında bəzi əlaqələrin yaranmasında, xüsusən də Mixail Saakaşvilinin Ukraynadakı dostluq əlaqələrini korlamaq üçün istifadə etməyə cəhd etməsindən qaynaqlanır.
"Saakaşvilinin əfv olunması gürcü cəmiyyətində daha çox qütbləşməyə gətirib çıxaracaq. Çünki cəmiyyətin bir hissəsi onun tərəfdarıdır, digər hissəsi isə yəqin ki, böyük hissəsi onun əfvinə qəti şəkildə qarşıdır. Onu əfv etmək fikrində deyiləm.
Saakaşvili önəmli məsələ deyil. Keçmiş prezidentin həbsdə olması heç bir halda ölkədə demokratiyanın dərəcəsini göstərmir məsələn, Fransanın keçmiş prezidenti Sarkozi də ev dustaqlığında idi”,-S.Zurabişvili vurğulayıb.
Gürcüstan prezidenti nəşrə müsahibəsində deyib ki, Gürcüstanda demokratiya geriyə addımlamır, bu, şişirtmədir, çünki Gürcüstanda media çox azaddır. Ölkə başçısının sözlərinə görə, Gürcüstanda məhkəmə-hüquq islahatları sistemində problemlər yalnız o mənada mövcuddur ki, islahatların sürəti yetərli deyil.
S.Zurabişvili müsahibəsində “Gürcüstanın düzgün istiqamətdə irəlilədiyini” deyib.
Cavid