Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
5 İyun 2022 13:48
4 760
Qazaxıstanda keçirilən konstitusiya referendumunda seçici fəallığı tələb olunan 50%-lik həddi keçərək, yerli vaxtla saat 14:00 üçün 53,43% təşkil edib.
Trend-in məlumatına görə, bu barədə brifinq zamanı ölkənin Mərkəzi Referendum Komissiyasının üzvü Anastasiya Şeqortsova bildirib.
"Ümumilikdə saat 14:00 üçün ölkə üzrə 6 262 973 vətəndaş seçki bülleteni alıb ki, bu da səsvermə siyahılarına daxil olanların 53,43 faizini təşkil edir. Nəzərinizə çatdırıram ki, qanunvericiliyə əsasən referendumda iştirak etmək hüququ olan vətəndaşların yarıdan çoxu səsvermədə iştirak etdikdə referendum keçirilmiş sayılır. Beləliklə, Mərkəzi Referendum Komissiyasının məlumatına görə, seçici fəallığı həddi çatıb", - deyə Anastasiya Şeqortsova qeyd edib.
Ən yüksək seçici fəallığı Qızılorda vilayətində qeydə alınıb - 65,3 faiz. Nur-Sultanda seçicilərin 41,13 faizi, Almatıda isə 23,6 faizi seçki məntəqələrinə gəlib ki, bu da respublika üzrə ən aşağı göstəricidir.
11 Sentyabr 18:20
931
11 Sentyabr 18:11
903
11 Sentyabr 18:05
889