“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 23:00
30 Dekabr 23:00
30 Dekabr 22:59
30 Dekabr 22:37
30 Dekabr 22:36
10 İyun 2022 08:50
2 303
BMT Baş Assambleyası 2023-2024-cü illər üçün Təhlükəsizlik Şurasının (TŞ) beş qeyri-daimi üzvünü seçib.
Trend "TASS"a istinadla xəbər verir ki, BMT Baş Assambleyasının keçirilən iclasında təşkilatın Təhlükəsizlik Şurasının 2023-2024-cü illər üçün beş qeyri-daimi üzvü qismində Malta, Mozambik, İsveçrə, Ekvador və Yaponiya seçilib.
Bu ölkələr 2022-ci il dekabrın 31-də qeyri-daimi üzv qismində səlahiyyət müddəti bitən Hindistan, İrlandiya, Keniya, Meksika və Norveçi əvəz edəcək.
Qeyd edək ki, BMT Təhlükəsizlik Şurasına daimi üzvlərdən - Rusiya, Böyük Britaniya, Çin, ABŞ və Fransadan əlavə 2022-2023-cü illər üçün Albaniya, Braziliya, Qabon, Qana və Birləşmiş Ərəb Əmirlikləri daxildir.
30 Dekabr 18:03
1 624
30 Dekabr 17:54
1 540
30 Dekabr 16:38
1 631