Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
10 İyun 2022 10:10
4 200
Filippinin növbəti administrasiyası Rusiya və Ukrayna münaqişəsində neytral mövqe tutacaq. Bu barədə respublikanın milli təhlükəsizlik üzrə müşaviri Klarita Karlos məlumat verib.
Onun sözlərinə görə, o, yeni seçilmiş prezident Ferdinand Markos-a davam edən silahlı münaqişə ilə bağlı sanksiyalar mexanizmlərinə qoşulmağı məsləhət görməyəcək. ABS-CBN media qrupu onun sözlərini sitat gətirib: "Biz neytral mövqe tutacağıq. Biz əvvəldən bunu edirik və bizim Rusiya ilə güclü münasibətimiz var".
“Rusiya bizi çox ehtiyac duyduğumuz neft və qazla təmin edə bilər”, o əlavə edib.
Xatırladaq ki, nayın 9-da Filippində seçkilər keçirilib. 70 min seçki məntəqəsində filippinlilər təkcə respublikanın yeni prezidentinə deyil, həm də vitse-prezidentə, senatorlara, konqresmenlərə səs veriblər. Ölkənin hazırkı lideri, konstitusiyaya görə yenidən seçilə bilməyən 77 yaşlı Rodriqo Duterte iyunun 30-da postunu tərk edəcək. Həmin gün kiçik Markosun andiçmə mərasimi keçiriləcək.
Cavid
26 Sentyabr 12:57
1 148
26 Sentyabr 12:51
1 134
25 Sentyabr 17:59
1 316