Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
17 İyun 2022 08:23
2 618
NATO-nun baş katibi Yens Stoltenberq Ukrayna limanlarından taxıl ixracı məsələsində Türkiyə və şəxsən prezident Rəcəb Tayyib Ərdoğanın səylərini yüksək qiymətləndirib.
Bu barədə Şimali Atlantika alyansının rəhbəri quruma üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən görüşünün yekunlarına dair çıxışında bildirib.
O, İsveç və Finlandiyanın NATO-ya üzvlük müraciətləri ilə bağlı Türkiyənin mövqeyindən də danışıb.
"Alyans üzvləri Türkiyənin haqlı narahatlıqlarını aradan qaldırmaq üçün çalışırlar. Biz problemləri necə həll edə biləcəyimizi düşünürük ki, Ankara Finlandiya və İsveçi yeni üzv kimi ittifaqa qəbulunua "hə" desin", - Stoltenberq qeyd edib.
Baş katib Türkiyənin də NATO-nun "açıq qap"ı siyasətini dəstəklədiyini vurğulayıb.