Misirdən Türkiyə limanlarına daşınan yükün həcmi açıqlanıb Dünya

Misirdən Türkiyə limanlarına daşınan yükün həcmi açıqlanıb

2022-ci ilin yanvar-may aylarında Misirdən Türk limanlarına 9 milyon 13 min 405 ton yük daşınıb.

Trend xəbər verir ki, bu barədə TurkicWorld-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Türkiyə bayrağı altında üzən gəmilər Misirdən limanlara 1 milyon 87 min 82 ton, digər ölkələrin bayraqları altında üzən gəmilər 7 milyon 886 min 945 ton yük çatdırıb.

Bu müddət ərzində Misir bayraqlı gəmilər Türkiyə limanlarına 39 min 378 ton yük çatdırıb. 2022-ci ilin yanvar-may aylarında Türkiyə limanlarına Çindən 844 min 35 ton tranzit yük daşınıb.

Qeyd edək ki, bu ilin may ayında Türkiyə limanları 33 milyon 431 min 149 ton yük qəbul edib. Bu yüklərin 2 milyon 355 min 407 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 31 milyon 75 min 741 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

May ayında Türkiyə limanlarından 7 milyon 509 min 987 ton tranzit yük aşırılıb.

Bu ilin yanvar-may aylarında Türkiyə limanları 164 milyon 292 min 61 ton yük qəbul edib. Bu yüklərin 11 milyon 414 min 29 tonu Türkiyə bayrağı altında üzən gəmilərlə, 152 milyon 878 min 32 tonu isə əcnəbi bayraqlı gəmilərlə qəbul edilib.

Yanvar-may ayında Türkiyə limanlarından 35 milyon 282 min 27 ton tranzit yük aşırılıb.