Rusiya MN: Ukraynanın iki helikopteri və bir təyyarəsi vurulub Dünya

Rusiya MN: Ukraynanın iki helikopteri və bir təyyarəsi vurulub

Rusiyanın Su-35 qırıcıları hava döyüşü zamanı Nikolayev vilayətində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus iki helikopter və bir təyyarəni vurub.

APA-nın Moskva müxbirinin məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildirilib.
"Əməliyyat-taktiki və ordu aviasiyası, raket qoşunları və artilleriya 77 rayonda Ukrayna Silahlı Qüvvələrinin canlı qüvvəsi və hərbi texnikasına zərbələr endirib. Rusiyanın Su-35 qırıcıları Nikolaev vilayətinin Nikolaevka və Snegirevka yaşayış məntəqələrinim ərazisində hava döyüşü zamanı Ukrayna Hərbi Hava Qüvvələrinin iki Mi-24 helikopterini və bir Su-25 təyyarəsini vurub", - deyə Rusiya MN-nin məlumatında qeyd olunub.