Bu il motosiklet və mopedlərin iştirakı ilə qəzalarda 3 nəfər ölüb
Yaşar Əməşov Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini təyin edilib
Azərbaycan və Litva Baş nazirləri əməkdaşlığın genişləndirilməsini müzakirə edib - YENİLƏNİB
"Cənubi Qafqazın təhlükəsizliyi istiqamətində birgə addımların atılması dövrü başlayır”
8 İyul 2022 07:40
3 843
ABŞ prezidenti Co Bayden Türkiyənin F-16 qırıcıları parkının modernləşdirmə planlarını dəstəkləyir və bu məsələdə Konqreslə işləməyə hazırdır.
Bu barədə ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Daq Cons bildirib.
D.Cons qeyd edib ki, F-16 qırıcılarının Türkiyəyə satılması və onların modernləşdirilməsi məsələsi uzun müddətdir ABŞ-ın gündəmindən düşmür:
"C.Bayden bu satışı dəstəkləyir. Bununla belə, C.Bayden açıq şəkildə bildirib ki, satışın davam etməsi üçün Konqresin razılığı lazımdır. Liderlər (Türkiyə və ABŞ prezidentləri) bu məsələni müzakirə ediblər. (Madrid) sammitdən sonra administrasiyamızın mövqeyi dəyişməyib. Biz bu satışı dəstəkləyirik. C.Bayden bu məsələdə Konqreslə işləməyə hazırdır". - deyə ABŞ Dövlət Departamentinin nümayəndəsi qeyd edib.