“Beşinci kolon“a yalnız qeyri-hökumət təşkilatlarını aid etmək olmaz” Dünya

“Beşinci kolon“a yalnız qeyri-hökumət təşkilatlarını aid etmək olmaz”

Arzu Nağıyev: "Buraya bəzi siyasi partiyaları da əlavə etsək, daha doğru olar"

"ABŞ-ın bəlli dairələrinin, Avropadakı bəzi qüvvələrin müəyyən beynəlxalq QHT-lər və "beşinci kolon" vasitəsilə Azərbaycana qarşı yönəltdiyi siyasət hər kəsə bəllidir". Bu fikirləri politoloq Arzu Nağıyev deyib. Politoloq qeyd edib ki, ümumiyyətlə hər bir xarici xüsusi xidmət orqanlarının öz planlarını həyat keçirmək üçün müvafiq büdcəsi olur: "Onlar bu büdcələrini ya qrant şəklində, ya da başqa bir formada əldə edirlər. Bu vəsaitdən də istifadə ədərək öz əlaqələrində olan mənbələr vasitəsilə planlı şəkildə təxribat, terror və sair təhdidlər həyata keçirirlər. Belə olan halda qrantlar burada böyük rola malik olması istisna hal deyil". Arzu Nağıyev eyni zamanda bildirib ki, bütün bunların əsas səbəbi Azərbaycanın müstəqil və qətiyyətli siyasət yürütməsidir: "Ölkəmizdə sabitliyin mövcüd olması, əldə olunan iqtisadi uğurlar və dünyada artan nüfuzumuz bu dairələri qıcıqlandırır. Hazırda Azərbaycana qarşı təşkil olunan kampaniyanın əsas səbəbi də məhz bu amildir. "Beşinci kolon"a yalnız qeyri-hökumət təşkilatlarını aid etmək olmaz. Buraya bəzi siyasi partiyaları da əlavə etsək, daha doğru olar".