Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
3 Avqust 2022 08:50
3 304
ABŞ Dövlət Departamenti Səudiyyə Ərəbistanına 3,05 milyard dollar dəyərində "Patriot" raketləri və müvafiq avadanlıqların mümkün satışını təsdiqləyib.
Bu barədə hökumətlərarası müqavilələr əsasında xaricə hərbi texnika və silahların tədarükünə cavabdeh olan ABŞ Müdafiə Nazirliyinin Təhlükəsizlik Sahəsində Əməkdaşlıq Agentliyindən bildiriblər.
"Təklif olunan sövdələşmə Fars körfəzində siyasi sabitlik və iqtisadi tərəqqi üçün mühüm qüvvə olan tərəfdaş ölkənin təhlükəsizliyini artırmaqla ABŞ-ın xarici siyasəti və milli təhlükəsizlik məqsədlərinə töhfə verəcək", - deyə açıqlamada bildirilir.
Qeyd edilir ki, Ər-Riyad ümumilikdə 300 ədəd "Patriot MIM-104E" (GEM-T) raketi istəyib.
Dövlət Departamenti həmçinin BƏƏ-yə dəyəri 2 milyard dollardan çox olan THAAD raketlərinin, THAAD atəşə nəzarət və rabitə stansiyalarının və müvafiq avadanlıqların mümkün satışını təsdiqləmək qərarına gəlib.
26 Sentyabr 12:57
1 148
26 Sentyabr 12:51
1 134
25 Sentyabr 17:59
1 316