Türkiyə çətin durumda Dünya

Türkiyə çətin durumda

Ankaradakı terror aktından sonra ölkədə vəziyyət gərginləşib

Cavid

İiyunun 7-də Türkiyədə seçicilər parlamentdəki çoxluğu AKP-dən aldıqdan sonra bu ölkə zorakılıq və qeyri-sabitlik girdabına batıb. Son 5 ayda ölkə 13 il əvvələ qayıdaraq köhnə problemlərlə yenidən üz-üzə qalıb: kürd qiyamçıları ilə müharibənin qızışması, mediyanın tesiri, "Dərin Dövlət"in meydana gəlməsi və s. Suriyadakı müharibə və 2,2 milyon qaçqının Türkiyəyə axın etməsi, İŞİD terrorçularının bu ölkədəki əlaltıları da gərginliyin digər səbəbləridir. 10 oktyabrda müasir Türkiyə tarixinin ən ağır (97 ölü) terror aktından sonra hökümət mediyaya hadisələri işıqlandırmaqla bağlı qadağa qoydu və sosial şəbəkələrə, xüsusilə də, facebook və twitterə daxil olmağı məhdudlaşdırdı.
"Lemonde" yazır ki, hadisədən bir neçə saat sonra baş nazirin birinci müavini Yalçın Akdoğan Televiziya və Radio Şurasına gedərək bu qurumların hadisələri yayımlamaması ilə bağlı tapşırıq versə də, bu nəzərə alınmadı. Hadisədən sonra Ərdoğan partiyaları birliyə çağırdı. Ancaq türk siyasəti heç vaxt indi olduğu qədər bölünmüş durumda olmayıb. Baş nazir Əhməd Davudoğlu bazar günü parlamentdə təmsil olunan üc müxalifət partiyasından ikisini, CHP (sosial demokrat) və MHP- ni (sağ millətçi) vəziyyəti müzakirə etmək üçün dəvət etdi. O yalnız "məsuliyyətsiz" adlandırdığı Səlahattin Dəmirtaşı - HDP-nın rəhbərini dəvət etmədi. Artıq 3-cü dəfədir ki, baş verən terror aktına görə günahlandırılan kürdyönümlü partiyanın rəhbəri Səlahattin Dəmirtaş AKP-nin tənqidlərinə əhəmiyyət verməyərək öz tərəfdarlarını "diktatoru devirmək üçün" 1 noyabra qədər səbr etməyə səsləyib. Indi mühafizəkar islamçı AKP ilə solçu kürdyönümlü HDP qanlı-bıçaqdır. Birincilər düşünür ki, hər iki partlayışa görə PKK məsuliyyət daşıyır. Ikincilərə görə isə hökümət və prezident hadisəni önləmək üçün təhlükəsizlik tədbirləri görmədiyindən günahkardır. Hadisənin ertəsi günü Ankarada küçələrə çıxan etirazçılar "Ərdoğan qatildir!" şüarı səsləndiriblər. Dövlətə inamsızlıq ən son həddə çatıb, ölkəni qorxu bürüyüb. AKP noyabrın 1-də seçkilərdə səs çoxluğu qazanmaq üçün hər şeyə hazırdır, hətta nifrət və zorakılıq ölkəni bürüsə belə, onlar öz əməllərindən geri qalmırlar. Cümə günü, hadisədən bir gün qabaq Qara dəniz sahilində yerləşən Rizə əhalisi qəribə bir mitinq təşkil edib. Səhnədə "idealistlər"in nümayəndəsi Sədat Peker əlində mikrofon hər kəsi AKP-yə səs verməyə çağırıb: "Əgər Ərdoğan hakimiyyətdən gedərsə Türkiyə də bir dövlət kimi yox olar". O, bir əliylə MHP milliyətçilərinin simvolu olan Boz Qurd işarəsi edib, digər əli iləsə islamçıların simvolu prezident Ərdoğanın da tez-tez istifadə etdiyi Rabia (dörd barmaq havada, baş barmaq ovuca qatlanmış) işarəsi göstərib. Bu köhnə siyasət indi elə də aktual olmasa da hər iki cəbhənin qatı fanatistlərinin müdafiə etdiyi islamçı-millətçi sintezidir. "Biz hüququmuzu qanunu müdafiə etmək üçün istifadə edəcəyik",-deyə "Rəis" Sədat Peker bildirib. Şəhərdə onun gəlişini bildirən "Vətənin oğlu Rəis Rizəyə döndü" kimi afişalar asılıb. Afişaların birində isə Sədat Peker imzalı şüar yazılıb: "Biz səninləyik, Cənab!". Bu şüarla Ərdoğana sadiqlik nümayiş olunub. Dəfələrlə həbs olunan Sədat Peker 2008-ci ildə Ergenekon davası çərçivəsində "Dövlətə qəsd"də günahlandırılmışdı. Görkəmli siyasətçilərin dövründə, Tansu Çillər, onun əri Özər Sədat Pekerlə əlaqələrini gizlətmirdilər. İslamçı qruplarla dolu, ölümün olduğu, polislə quldurların terrora hökmranlıq etdiyi kürdlərin kompakt yaşadığı ərazi uğrunda qiyamçılarla müharibəyə sürüklənən hökümət açıq-aşkar cinayətlə oynayırdı. 2002-ci ildən 2015-ci ilədək, 13 il ərzində Ərdoğanın rəhbərlik etdiyi AKP bu təcrübəni pozmaq üçün təzyiqlər etdi. Indi bu partiya sanki ölkəni təlafata sürükləmək bahasına hakimiyyətdə tək qalmaq üçün tər tökütr.