Bayden BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmağa çağırıb Dünya

Bayden BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmağa çağırıb

BMT Təhlükəsizlik Şurasının üzvlərinin sayını artırmaq lazımdır.

Trend xəbər verir ki, bunu BMT Baş Assambleyasında çıxışı zamanı ABŞ Prezidenti Cozef Bayden deyib.

"ABŞ BMT Təhlükəsizlik Şurasının həm daimi, həm də qeyri-daimi nümayəndələrinin sayının artırılmasının tərəfdarıdır", - deyə C.Bayden bildirib.

ABŞ prezidenti qeyd edib ki, xüsusilə Afrika, Latın Amerikası və Karib hövzəsi ölkələri üçün BMT Təhlükəsizlik Şurasında yerlərin ayrılmasını zəruri hesab edir.
Onun fikrincə, BMT Təhlükəsizlik Şurasının üzvləri "nadir fövqəladə hallar istisna olmaqla, veto hüququndan istifadə etməkdən çəkinməlidirlər".

O, BMT Təhlükəsizlik Şurasının “etimada layiq və səmərəli fəaliyyət göstərən” bir qurum olaraq qalması üçün belə tədbirlərin zəruri olduğuna diqqət çəkib.