Peruda fövqəladə vəziyyət rejimi elan edilib Dünya

Peruda fövqəladə vəziyyət rejimi elan edilib

Peruda fövqəladə vəziyyət rejimi elan edilib.

Trend xəbər verir ki, bunu çərşənbə günü ölkənin müdafiə naziri Alberto Otarola bildirib.

"Bir neçə saatdan sonra rəsmi mətbuatda 30 təqvim günü ərzində ölkə səviyyəsində fövqəladə vəziyyət elan edilməsi barədə qərar dərc olunacaq", - deyə nazir "TVPerú" dövlət telekanalının efirində bildirib.

Onun sözlərinə görə, bu müddət ərzində milli polis asayişin qorunmasında ölkənin silahlı qüvvələrinə köməklik göstərəcək.

Xatırladaq ki, dekabrın 7-də Pedro Kastilyo vəzifəsindən uzaqlaşdırıldıqdan sonra Peruda genişmiqyaslı etirazlar başlayıb.