Özbəkistan və Qazaxıstanla qaz ittifaqı üzrə danışıqlar davam edir - Rusiya XİN Dünya

Özbəkistan və Qazaxıstanla qaz ittifaqı üzrə danışıqlar davam edir - Rusiya XİN

KİV-də yayılan məlumatlara baxmayaraq, Özbəkistan və Qazaxıstanla qaz ittifaqı ilə bağlı danışıqlar davam edir. Trend xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Yuri Sentyurin deyib. O qeyd edib ki, üç ölkənin danışıqlar aparan siyasətçilərinin bəyanatları çox vaxt kontekstdən çıxarılır:

“Xüsusilə, diqqət Özbəkistana yönləndirilir. Belə qənaətə gəlirlər ki, Özbəkistandan olan həmkarlarımız hansısa formada bu işi qəbul etmirlər. Bu da o anlama gəlir ki, hazırda danışıqlar gedir, başa çatmayıb. Bəzi mühakimələr ola bilər. Bunun əsasında elə nəticələr çıxarılır ki, ölkələr nəyisə qəbul etmir. Ən azından hazırda bu təklifin öyrənilməsi prosesi gedir”.

Bundan əvvəl Qazaxıstanın energetika naziri B.Akçulakov bildirmişdi ki, Rusiya və Özbəkistanla qaz ittifaqı yaratmaq imkanları müzakirə olunmur.
B.Akçulakovun sözlərinə görə, qaz sahəsində əməkdaşlıq üçün üç tərəfin razılığı tələb olunur. O bildirib ki, söhbət iş məsələlərindən gedir, hər hansı ittifaqın yaradılmasından söhbət belə getməyib.