"Ukraynadan hibrid müharibə Rusiya üçün əsas təhlükədir" Dünya

"Ukraynadan hibrid müharibə Rusiya üçün əsas təhlükədir"

NATO-nun genişlənmək istəyi, eləcə də Ukraynadan hibrid müharibə üçün istifadə Rusiya Federasiyasının hərbi təhlükəsizliyinə təhdiddir.

"Xalq Cəbhəsi" xəbər verir ki, bunu Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov deyib.

O xatırladıb ki, silahlı qüvvələrin qurulması və inkişafı planında dövlətin müdafiəsini təmin etmək üçün onların inkişafının perspektiv istiqamətlərinin həyata keçirilməsi üçün əməli tədbirlər nəzərdə tutulub. "Plan Rusiya Federasiyasının Prezidenti tərəfindən təsdiq edilir və Rusiya Federasiyasının hərbi təhlükəsizliyinə mövcud və yeni təhdidlər dəyişdikdə düzəliş edilə bilər. Bu gün belə təhdidlər Şimali Atlantika Alyansının Finlandiya və İsveç vasitəsilə genişlənmək istəklərinə çevrilib. Eləcə də Ukraynadan ölkəmizə qarşı hibrid müharibə aparmaq üçün alət kimi istifadə nəzərdə tutulur”, - Gerasimov aif.ru-ya müsahibəsində bildirib.
Cavid