Bayden Konqresi hücum silahlarının satışını qadağan edən qanun layihəsini qəbul etməyə çağırıb Dünya

Bayden Konqresi hücum silahlarının satışını qadağan edən qanun layihəsini qəbul etməyə çağırıb

ABŞ prezidenti Co Bayden bazar ertəsi Konqresin hər iki palatasını yüksək tutumlu hücum silahlarının satışını qadağan edən qanun layihəsini təsdiq etməyə çağırıb. "Xalq Cəbhəsi" xəbər verir ki, müvafiq yazılı bəyanatı Ağ Ev yayıb. Baydenin sözlərinə görə, “Amerika xalqının əksəriyyəti bu cür qadağaların tətbiqi ilə razıdır”. O vurğulayıb ki, keçən iyun ayından bəri "Amerikada faciədən sonra faciə baş verdi, o cümlədən Kolorado Sprinqsdən Monterey Parka qədər kütləvi atışmalar və milli başlıqlara çevrilməyən gündəlik silahlı zorakılıq aktları baş verib". Ağ Evin mətbuat katibi Karine Jean-Pierre-in sözlərinə görə, Bayden federal hüquq-mühafizə orqanlarından bazar ertəsi atışmada yeddi nəfərin öldüyü Half Moon Bay (Kaliforniya) şəhərinin səlahiyyətlilərinə bütün lazımi yardımı göstərməyi xahiş edib.

Cavid