Putin və Ərdoğan arasında danışıqlar yekunlaşıb
12 Dekabr 15:40
12 Dekabr 15:40
12 Dekabr 12:46
12 Dekabr 12:00
3 Fevral 2023 10:05
2 989
Rusiya Ukraynadan sonrakı hədəfini işarə etdi. Rusiya XİN başçısı Sergey Lavrov verdiyi açıqlamada Ukraynadan sonra digər anti-Rusiya mövqeli dövlət olaraq Moldovanı və onun rəhbəri Maria Sandunu göstərdi. Yəni Lavrovun deməyindən belə qənaətə gəlmək olar ki, Rusiya Ukraynada qalib gələrsə, Moldovanı hədəf alacaq.
"Xalq Cəbhəsi" xəbər verir ki, bunu politoloq Samir Hümbətov deyib.
O, qeyd edib ki, Lavrov həm də bildirib ki, Moldova da NATO-ya daxil olmaq istəyir:
"Bir müddət öncə qərbin Ukraynaya niyə dəstək verməyə məcbur olduğunu cavablandırarkən bildirmişdim ki, Rusiya Ukraynada qalib gələrsə, növbəti hədəfləri Moldova və Baltikyanı ölkələr olacaq.
Görünənlər ondan ibarətdir ki, qərb dövlətləri Rusiyanın planlarından xəbərdardır və onun qarşısını almaq üçün Ukraynaya məcburi də olsa dəstək verməli olacaqlar. Əgər qərb dövlətləri Ukraynaya kifayət qədər dəstək verməsələr itkiləri ondan az olmayacaq.
Fikrimcə, ABŞ tərəfi də bütün bu itkilərin nə dərəcədə və hansı vəziyyətdə olduğunu hesablayıblar. Həmçinin ABŞ-nin Ukraynaya tətbiq etdiyi Lend-Liz (Ukraynaya silah-sursat, hərbi texnika və umanitar yardım) qərarının da qüvvədə qalacağını düşünürəm".
Cavid
12 Dekabr 23:14
749
12 Dekabr 22:22
700
12 Dekabr 21:15
973