“Rusiya danışıqlardan qaçmaq üçün bəhanə tapdı”
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 23:00
30 Dekabr 2025 22:59
30 Dekabr 2025 22:37
30 Dekabr 2025 22:36
3 Fevral 2023 10:56
2 821
Milli Hərəkatçılar Birliyi İranın Xoy şəhərində baş verən zəlzələdən əziyyət çəkən soydaşlarımızla bağlı çağırış edib.
"Xalq Cəbhəsi" xəbər verir ki, çağırışda deyilir:
"2023-cü il 28 yanvar axşamı Xoy şəhərində güçlü bir zəlzələ oldu. Böyük dağıntılara səbəb olan zəlzələ nəticəsində ölənlər və çox sayda yaralı var. Hazırda minlərlə insan şaxtalı havada, qar altında aç və susuz qalıb. Tehran rejiminin bu böyük fəlakətə münasibəti adekvat deyil. Dövlət özü yardım etmədiyi kimi, qonşu Türkiyə və Azərbaycandan gələn yardım təkliflərini də qəbul etmir. Nəticə etibarilə, minlərlə insanın həyatı təhlükə altındadır; bütün dünyanın gözü önündə böyük bir insanlıq faciəsi yaşanır. Bütün hümanist təşkilatları, milli diasporamızı və soydaşlarımızın əli çatan mediya qurumlarını bu insanların səsi olmağa, yaşanan faciəni bütün dünyaya çatdırmağa səsləyirik. Tehran rejimi insanlığa qarşı bir cinayət işləyir, buna mane olmağımız lazımdır. Xoya yardım etməyə tələsin, bu insanlıq faciəsini durdurun.
Bu cinayətə qarşı olan, ölüm təhlükəsi altındakı insanlara kömək etmək istəyən hər kəsi İranın müxtəlif ölkələrdəki nümayəndəlikləri və beynəlxalq təşkilatların yerli təmsilcilikləri qarşısında etiraz aksiyaları təşkil etməyə çağırırıq".
Cavid
30 Dekabr 2025 18:03
1 848
30 Dekabr 2025 17:54
1 785
30 Dekabr 2025 16:38
1 848