Quterreş Gürcüstandakı bütün tərəfləri gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə çağırıb Dünya

Quterreş Gürcüstandakı bütün tərəfləri gərginliyin artmasına aparan hərəkətlərdən çəkinməyə çağırıb

BMT-nin baş katibi Antonio Quterreş xarici agentlər haqqında qanun layihəsinin qəbuluna etirazların keçirildiyi Gürcüstanda vəziyyəti diqqətlə izləyir və bütün tərəfləri gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır.

Trend "TASS"a istinadən xəbər verir ki, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq deyib.

"Baş katib Gürcüstandakı vəziyyəti izləyir, o, bütün <...> [i ştirakçıları] gərginliyin artmasına səbəb ola biləcək hər hansı hərəkətdən çəkinməyə çağırır. Baş katib ifadə azadlığının, medianın maneəsiz fəaliyyətinin, vətəndaş cəmiyyətinin fəaliyyətinin vacibliyini qeyd edir və insanların dinc şəkildə etiraz etmək hüququnu bir daha vurğulayır", - deyə F.Haq bildirib.