Ulf Kristersson: Finlandiya və İsveçin müxtəlif vaxtlarda NATO-ya üzv olması ehtimalı güclənib Dünya

Ulf Kristersson: Finlandiya və İsveçin müxtəlif vaxtlarda NATO-ya üzv olması ehtimalı güclənib

Finlandiya və İsveçin müxtəlif vaxtlarda NATO-ya üzv olması ehtimalı güclənib.

Bu barədə İsveçin Baş naziri Ulf Kristersson bu gün keçirdiyi mətbuta konfransında deyib.
"Finlandiya və İsveçin müxtəlif mərhələlərdə NATO-ya daxil olması istisna deyil. Bunun müxtəlif templərlə baş verməsi ehtimalı artıb. Biz bunun baş verməsinə hazırıq", -Kritersson deyib.

Ulf Kristersson bildirib ki, Finlandiya İsveçdən əvvəl NATO-ya üzv olarsa bu İsveçin təhlükəsizliyi üçün də yaxşıdır. Brifinqdə iştirak edən NATO-ya üzvlük prosesində İsveçin baş müzakirəçisi olan Oskar Stenström deyib ki, ratifikasiya milli bir qərardır və hələ də İsveçin müəyyən addımlar atmalı olduğunu düşünən Türkiyədir. Ulf Kristersson İsveçin NATO-ya üzv qəbul olunmağa necə hazır olduğu barədə suala: "Biz o mənada hazırıq ki, Türkiyə və Finlandiya ilə əldə etdiyimiz razılaşmaları yerinə yetiririk, ikincisi isə, İsveçin NATO-ya üzv olmasını istəməyən ölkələr var və biz bu ölkələrin İsveçə qeyri-qanuni təsir göstərmək cəhdinə qarşı çox, çox diqqətli olacağıq", - deyə cavab verib.

Baş nazir İsveçin NATO üzvü kimi nə vaxt təsdiqlənəcəyi ilə bağlı dəqiq vaxt deməyib.