“Təcavüzkar dövlət dinc əhaliyə qarşı mübarizəni davam etdirir”-Zelenski Dünya

“Təcavüzkar dövlət dinc əhaliyə qarşı mübarizəni davam etdirir”-Zelenski

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın həyata keçirdiyi hücumlarda Kramatorsk şəhər mərkəzinə raketin düşdüyünü və bir mülki vətəndaşın həlak olduğunu bildirib.
Xalqcəbhəsi.az xarici mediaya istinadən xəbər verir ki, Zelenski sosial media hesabından verdiyi açıqlamada Rusiya ordusunun Kramatorska raket hücumu həyata keçirdiyini bildirib.
Hücumda şəhər mərkəzinə raketin düşdüyünü vurğulayan Zelenski bildirib ki, 6 mənzilə ziyan dəyib: “Ən azı 3 nəfər yaralanıb, 1 nəfər ölüb. Təcavüzkar dövlət dinc əhaliyə qarşı mübarizəni davam etdirir...”.