28 Mart 2023 12:45
3 374
Ukrayna Prezidenti Vladimir Zelenskinin Polşaya mümkün səfəri gözlənilir.
Bunu Polşa xarici işlər nazirinin müavini Pavel Yablonski “Radio Wnet” yerli özəl yayım şirkətinə müsahibəsində deyib.
O qeyd edib ki, yaxın zamanda Zelenskinin qısamüddətli səfəri baş tutacaq, lakin bu barədə əvvəlcədən məlumat verilməyəcək:
"Düşünürəm ki, səfər tezliklə baş tutacaq, lakin biz qabaqcadan məlumat verməyəcəyik. Digər dövlət başçılarının səfərləri adətən elan edilir, lakin biz bu səfəri təhlükəsizliyin təmin edilməsi baxımından elan etməyəcəyik”, - nazir müavini deyib.
17:43
434
14:34
1 036
13:48
1 134