“Rusiya-Türkiyə münasibətləri bərpa edilə bilməz” Dünya

“Rusiya-Türkiyə münasibətləri bərpa edilə bilməz”

Rusiya və Türkiyə arasında rəsmi səviyyədə münasibətlər bərpa edilə bilməz.
Bu barədə mətbuat konfransında Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Zaxarova qeyd edib ki, eyni zamanda Rusiya tərəfindən türk xalqına və türk biznesinə qarşı heç bir əks-fəaliyyət olmayıb və ola da bilməz.
"Türk rəsmilərinə gəldikdə isə, perspektiv yoxdur. Onlar elədiklərini etdilər. Biz indi anlayırıq ki, bu, onların düşünülmüş seçimi idi" , - o vurğulayıb.
"Beynəlxalq münasibətlərdə onların qurduğu "kartlar evi" dağılmağa başlayıb", - Zaxarova bildirib.
"Xalqlar, ölkələr arasında münasibətlər nöqteyi-nəzərindən - əlbəttə ki, münasibətlər inkişaf edəcək. Türk xalqına, türk biznesinə, iqtisadi mühit nümayəndələrinə qarşı heç bir əks-fəaliyyət, heç bir kampaniya yoxdur və ola da bilməz", - Rusiya XİN-in rəsmisi vurğulayıb.