Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
11 May 2023 07:57
3 619
Birləşmiş Ərəb Əmirlikləri Fransanın “Airbus Helicopters” şirkəti ilə 2021-ci ildə imzaladığı 1 milyard avro dəyərində sifarişi ləğv edib.
APA xəbər verir ki, Birləşmiş Ərəb Əmirlikləri “Airbus Helicopters” qrupu ilə “Caracal H225M” markalı 12 hərbi helikopterin alınması üçün bağladığı müqaviləni ləğv edərək, fransız qrupunun onun sifarişini yerinə yetirə bilməməsinə təəssüflənib.
"Müştərimizlə apardığımız müzakirələri şərh etmirik. 40 ildən artıqdır ki, BƏƏ Silahlı Qüvvələrinə xidmət etmişik və Fransa ilə BƏƏ arasında ikitərəfli münasibətlərə də xidmət edən əlaqələrimizlə fəxr edirik”, - “Airbus Helicopters” şirkətinin sözçüsü müqavilənin ləğv edilməsi ilə bağlı bildirib.
Qeyd edək ki, təxminən 1 milyard avro dəyərində olan 12 helikopter üçün müqavilə 2021-ci ilin dekabrında Fransa Prezidenti Emmanuel Makronun Əbu-Dabiyə səfəri zamanı elan edilib və həmin vaxt Fransa 80 “Rafale” döyüş təyyarəsinin satışına da imza atıb.
11 Sentyabr 18:20
784
11 Sentyabr 18:11
756
11 Sentyabr 18:05
749