

Yaponiyanın Xirosima şəhərində sabah başlayacaq G7 Liderlər Zirvəsi öncəsi 24 min polis yerləşdirilib.
Xalqcəbhəsi.az xarici mediaya stinadən xəbər verir ki, Yaponiya Polis Xidməti Xirosimada keçirilən sammitin təhlükəsizliyini təmin etmək üçün 3000 polis əməkdaşı ilə yanaşı ətraf əyalətlərdən də 21 min personalın yerləşdirildiyini açıqlayıb.
Sabah başlayacaq sammit öncəsi Xirosimada təhlükəsizlik tədbirləri gücləndirilib.
G7 ölkələrinin liderlərinin təhlükəsizliyini təmin etmək məqsədilə sammitin keçiriləcəyi Grand Prince Hotel və onun ətrafındakı bir çox yollar müvəqqəti olaraq nəqliyyatın hərəkətinə, qatar stansiyalarındakı şkaflar terror hücumları riski ilə bağlı müvəqqəti olaraq istifadədən çıxarılıb.
Zirvə zamanı mülki nəqliyyat vasitələrinin hərəkətini yarıya endirməyi hədəfləyən Hirosima Qubernatorluğu əhaliyə şəxsi avtomobilləri ilə səyahət etməmək barədə xəbərdarlıq edib.
“Grand Prince” otelinin marşrutu üzərindəki 140-a yaxın məktəb nəqliyyat məhdudiyyətlərinin şagird və müəllimlərin daşınmasına mənfi təsir göstərəcəyi səbəbi ilə müvəqqəti bağlanıb, bəzi fabriklər isə xidmətlərini dayandırıb.
Sammitin ilk günündə liderlərin ziyarət etməsi gözlənilən Hirosima Sülh Xatirə Parkı və YUNESKO-nun Dünya İrs siyahısında olan İtsukuşima məbədinin yerləşdiyi Miyajima adası müvəqqəti olaraq ziyarətçilərə bağlanarkən, təhlükəsizlik bölgədəki çaylarda, xüsusilə Xirosima Sülh Memorialında və onun ətrafında patrullar artırılıb.
Yaponiya hökuməti G7 sammiti ilə əlaqədar təhlükəsizlik tədbirlərinin ən yüksək səviyyəyə qaldırılacağını açıqlayıb.
Yaponiyanın baş naziri Fumio Kişidanın ev sahibliyi edəcəyi G7 sammitinin iştirakçıları arasında ABŞ prezidenti Co Bayden, İngiltərə baş naziri Rişi Sunak, Kanada baş naziri Castin Trüdo və İtaliyanın baş naziri Giorgia Meloni bu gün Yaponiyaya gəlib.
Sabah sammitdə Fransa prezidenti Emmanuel Makron, Almaniya kansleri Olaf Şol, Avropa İttifaqı (Aİ) Şurasının sədri Çarlz Maykl və Aİ Komissiyasının sədri Ursula fon der Leyenin də iştirakı gözlənilir.