5 İyun 2023 11:52
2 471
2023-cü ilin may ayında Türkiyə 554,4 milyon dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 67,8 faiz çoxdur.
Trend-in məlumatına görə, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin yanvar-may aylarında Türkiyənin müdafiə sənayesi məhsulları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 22,5 faiz artaraq 2 milyard dollara bərabər olub.” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki , son 12 ay ərzində (may 2022-may 2023) Türkiyə 4,7 milyard dollar məbləğində müdafiə sənayesi məhsulları ixrac edib.
12 Mart 21:35
980
12 Mart 20:53
1 015
12 Mart 20:48
1 120