"Sanksiyalar Rusiyaya təsir göstərmir" Dünya

"Sanksiyalar Rusiyaya təsir göstərmir"

Sanksiyaların Rusiya Federasiyasının iqtisadiyyatına, maliyyə- bank sektoruna muəyyən təsiri olsa da, bütövlükdə Qərbin gözlədiyi nəticələri verməmiş və əslində özünü doğrultmayıb.

Bunu "Xalq Cəbhəsi"nə politoloq Elşən Manafov deyib.

O qeyd edib ki, bunun isə bir sıra səbəbləri var: "Əvvəla, AB tam mənada Rusiya qazının idxalindan imtina edə bilməmişdir. Keçən il təxminən Rusiya AB ölkələrinə 15 milyon tondan çox qaz nəql etmişdir, ikinci, Qərbin, xüsusilə ABŞ-ın cəhdlərinə baxmayaraq nəhəng iqtisadi gücü, maliyyə imkanları olan dövlətlər Rusiyaya qarşı sanksiyalara qoşulmamış və ABŞ-ın təhdid və tələblərinə baxmayaraq Rusiyadan neft, qaz, taxil və s strateji məhsulların idxalını davam etdirmişlər, bura nəinki Çin, Hindistan, Braziliya, İran, CAR, Argentina və digər dövlətlər, hətta NATO və AB-nin uzvü olan Türkiyə və Macarıstan kimi ölkəkər də aid edilə bilərlər. Rusiya bu dövlətlərlə hərbi texniki əməkdaşlıq imkanlarını genişləndirmiş və Rusiya istehsalı olan silahların satışı da davam etdirilmişdir. Maliyyə problemlərindən sigortalanmaq məqsədilə bu ölkələr ticarət iqtisadi münasibətlər sahəsində mübadilə, aliş-verişi dollar və ya avro ilə deyil, bu dövlətlərin milli pul vahidləri ilə aparılmışdır".

Politoloq bildirib ki, sanksiyaların tətbiqi Rusiya hökumətinə biznesin və ümumiyyətlə iqtisadiyyatın idarə edilməsi ilə bağlı məsələlərə yenidən və fərqli yanaşma zərurəti doğurmuş. Rusiya bazarını tərk edən Qərb şirkətlərinin yerini Çin, Türkiyə, Hindistan və digər dövlətlərin şirkətləri tutmuş və beləliklə bu boşluq aradan qaldırılmışdır:

"Sanksiyalar Rusiyanı iqtisadi kəmərləri bir qədər sixmaga məcbur etsə də səmərəli və effektiv ifarəetmə nəticəsində iqtisadiyyatin bir sıra sahələrində dönuş yaranmış, kənd təsərrufatı Rusiyanın ərzaq təhlükəsizliyinin həlli ilə bagli problemlərin öhdəsindən uğurla gəlmiş, rekord səviyyədə taxıl, kartof, ət, yağ, sed istehsalı təmin edilmişdir".

Rusiyaya neft və qazın nəqlindən əldə edilən gəlirlər bu ölkənin hərbi sənaye kompleksinin imkanlarının daha da genişlənməsinə səbəb olmuş, ordunun müharibə dövründə artan tələbatı yüksək səviyyədə təmin edilmişdir. Sanksiyalar Rusiyanın beynəlxalq təcrid baxımdan əlaqələrinin məhdudlaşdırılmasına heç bir ciddi təsir göstərə bilməmişdir: "Bu amillərin konteksində Rusiyanın Ukrayna ilə uzun müddətli müharibəyə duruş gətirəcəyi bəllidir, hərçənd Rusiya əslində Kiyev hökuməti ilə deyil, bütün Qərb Alyansına qarşı təkbaşına mübarizə aparır və yay hücum kompaniyasının uğursuzluğu ABŞ istisna olmaqla, bütün AB-ni müharibənin davam etdirilməsi və Ukraynanın təchizati ilə bağlı məsələlərə yenidən baxmağa məcbur edəcək".

Cavid