Orlando qətliamı: 50:0 Donald Trampın xeyrinə Dünya

Orlando qətliamı: 50:0 Donald Trampın xeyrinə

Elxan Şahinoğlu: "Trampı silah istehsalçıları dəstəkləyir"

Cavid

İki gün öncə ABŞ-ın Orlando şəhərində baş vermiş hadisə bütün dünyada cəmiyyəti iki yerə böldü. Bir çoxu isə ikili hiss yaşayır – bir tərəfdən, qətl törətmək günahdır, heç kimin ixtiyarı yoxdur ki, kiminsə həyatını əlindən alsın. Digər tərəfdən isə, öldürülənlər homoseksuallardır və onlara münasibət birmənalı deyil. 50 nəfəri qətl edən əfqan mənşəli amerikalı Ömər Mətindir. Və bu qətliamda qazanan, şübhəsiz ki, iki tərəf var – islamofob çıxışları ilə çoxlarını qıcıqlandıran Donald Tramp və nə qədər qəribə də olsa, homoseksualların özləri.
Donald Trampın tərəfdarlarının sayının artacağını ehtimal etmək üçün siyasətdən baş çıxarmağa ehtiyac da yoxdur. Onun tezisləri bu gündən etibarən homoseksualların əksəriyyəti tərəfindən dəstəklənəcək. Onlar isə heç də azsaylı deyillər – son sorğulara əsasən, hər 12 amerikalıdan 1-i özünü cinsi azlıqların nümayəndəsi hesab edir.
O ki qaldı homoseksualların qazanmasına, dünəndən bütün dünya onlardan danışır, "üzdəniraq"ların halına acıdığını deyir, onlara qarşı daha dözümlü olmağa çağırırlar. Siyasətçilər isə əsl "dözümlülük" nümunəsi göstərirlər.
Hakimiyyəti dövründə homoseksuallara evlənməyə icazə vermiş ABŞ prezidenti Barak Obamanın kəskin reaksiyası gözlənilən idi. Pedofil keşişlərin imicinə böyük zərbə vurduğu katolik kilsəsi də bu hadisəni qınayanlar sırasındadır. Bir çox ölkələrin dövlət başçıları Obamaya başsağlığı verib. Rusiya XİN rəsmisi Mariya Zaxarovanın özünün "Facebook" səhifəsində yazdıqları isə əsl diplomatiya nümunəsidir: "Amma sosial şəbəkələrin sıravi istifadəçiləri daha səmimidir. Və görünən odur ki, heç də hamı Ömər Mətini qınamaq fikrində deyil. Düzdür, Qərb dünyasında "sərf etməyən" istənilən terror hadisəsinə İŞİD damğası vurmaq adəti formalaşıb. Elə Ömər Mətini də tez-tələsik İŞİD tərəfdarı elan etdilər və hətta İŞİD bu terror aktına görə məsuliyyəti də "öz üzərinə götürdü". Adətən, belə fəndlər üçün "Twitter"də kim tərəfindən açıldığı və yazıldığı sona qədər məlum olmayan bir qeyd kifayət edir. Halbuki, sonradan Ömərin "Taliban" tərəfdarı olduğu üzə çıxdı – taliblərlə İŞİD isə heç yola getmir və hətta arabir vuruşur da.
Məlum oldu ki. bu cür hadisələr kəskin ziddiyyətləri olan kəsləri də birləşdirməyə qadirdir. Bu baxımdan, bu gün səhər Rusiyanın Life.ru saytında dərc olunan bir yazıya "Twitter" istifadəçilərinin reaksiyası nümunəvidir. Sayt Türkiyə nəşrlərindən birinin öldürülənləri "üzdəniraq" adlandırmasından "hiddətlənib". Adi rusiyalı istifadəçilər isə, gözlənildiyinin əksinə olaraq, türkləri deyil, saytı ittiham ediblər.
Homoseksualları nədəsə günahlandırmaq fikrindən uzağam. Halbuki bütün dünyəvi dinlər bunu böyük günah və təbiətə zidd davranış hesab edir. Amma öz intim davranışlarını reklam etməyi heç anlamıram. Bu gey-paradlar, LGBT-hərəkat, məxsusi gecə klubları və c. və i.a. – bütün bunlara ehtiyac varmı? Axı hamının psixikası eyni dərəcədə möhkəm deyil və hələ neçə belə "ömər mətinlər" peyda olub, cəmiyyəti təmizləmək fikrinə düşə bilərlər. Və sonunda, hər kəsin öz həqiqəti var. Elə qatil Ömər Mətinin də.
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu əfqan mənşəli amerikalının 50 nəfəri öldürməsi İslama və müsəlman miqrantlara qarşı olan prezidentliyə namizəd Donald Trampın reytinqini yüksəldəcəyi fikri ilə tam razı olmadığını deyib. Siyasi şərhçi açıqlamasında bildirib ki, Trampım rəqibi Hillari Klintonun da hadisə ilə bağlı çıxışı maraqla gözlənilir. "Trampı silah istehsalçıları dəstəkləyir. Onlar həmin əfqana rahat şəkildə silah satmağa şərait yaratmasaydılar, Amerikada bu və digər qətliamlar baş verməzdi. Demokrat prezident Barak Obama dəfələrlə bildirb ki, hər bir şəxsin silah almaq hüququ olmamalıdır. Obama, o cümlədən keçmiş və gələcək prezidentlər bu istiqamətdə heç nə edə bilmirlər. Çünki silah istehsalçılarının Konqresdə güclü lobbisi var. Söhbət yüz milyardlarla dollar gəlirdən gedir.

Digər tərəfdən silaha malik olmaq Amerikada tarixi ənənələrə malikdir. Buna özünü qorumaq hüququnu da əlavə edirlər. Ancaq mən bir dəfə eşitmədim ki, kimsə silahıyla silahlı manyaka qarşı müqavimət göstərib onu neytrallaşdırsın, Amerikada qatili adətən qətliamdan sonra polis öldürür. Başqa sual odur ki, psixi problemləri olduğu deyilən əfqan dükandan müxtəlif silahları necə alıb? Odur ki, Hillari Klintonun da bu qətliamla bağlı Trampa deyəcəyi sözü – ittihamı var".
Qeyd edək ki, hadisədən dərhal sonra Tramp çıxış edərək müsəlmanların Amerikaya buraxılmamasını vurğulayıb. Tramp hesab edir ki, bu kimi hadisələr bundan sonra da təkrarlanacaq. Bu baxımdan müsəlmanların ABŞ-a gəlişinin qarşısını almaq labüd hesab olunur.