
ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən "Pulse" gecə klubunda terror aktı törədən əfqan əsilli Ömər Matin hücumdan 5-6 həftə əvvəl silah mağazalarından döyüş sursatları almağa çalışırdı. Bu haqda "Wall Street Journal" yazıb. Amma onun bu istəyi qəribə davranışlarına görə rədd olunub. Bildirilir ki, Ömər Matin hücumdan 5-6 həftə əvvəl evinin yaxınlığındakı silah mağazasına gəlib. O, IIIA tipli çox bərk güllədeşməz jileti və döyüş sursatları istəyib. Mağazanın şəriki Robbi Abelin sözlərinə görə, Matin mağazada ikən Yaxın Şərq ölkələrdən birinin (hansı dildə danışdığı bildirililmir –red.) dilində telefonla danışırdı.
Bundan başqa, Robbi Abel qeyd edib ki, o, SMS yazırdı. Abelin sözlərinə görə, Matin çox qəribə görünür, normal insanların vermədiyi suallar verirdi. Mağazanın əməkdaşları Matinə döyüş sursatları satmayaraq onu mağazadan çıxarıblar. "Əgər nəsə şübhəli görünürsə, biz qərar qəbul etmək hüququna malikik", - Abel deyib.
Xatırladaq ki, iyunun 12-də törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub. O da söylənilir ki, Ömər Matin 2011-ci ildə çəkilmiş sənədli filmin bir epizodunda iştirak edib. "Euronews.com" xəbər verir ki, filmin müəllifləri hücumün Ömər Matin tərəfindən həyata keçirildyini öyrənəndən sonra hakimiyyətə videoyazını verib.
Sənədli film 2010-cu ilin aprelində Meksika körfəzində neft platformasının partlayışı nəticəsində baş vermiş fəlakətin nəticələrinə həsr edilib. Çəkiliş gizli kamera ilə aparılırdı. Filmin müəllifləri ümid edirlər ki, verilmiş videoyazı istintaqa kömək edəcək.
Xatırladaq ki, iyunun 12-də törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb. İŞİD hücuma görə məsuliyyəti üzərinə götürüb. Bu gecə klubu qeyri-ənənəvi oriyentasiyaya malik insanların toplaşdığı məkan olub.