Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
5 Sentyabr 2023 12:28
2 912
“Cənubi Koreya qonşusu Şimali Koreyanın raket sınaqlarının sonunun yaxşı olmayacağı qənaətindədir. Cənubi Koreyanın prezidenti Yun Sok Yol açıq bəyan edib ki, Koreya Xalq Demokratik Respublikası öz məqsədlərinə çatmaq üçün nüvə silahından istifadə edə bilər”. Xalqcəbhəsi.az xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. O, bildirib ki, həyəcan üçün ciddi əsas var: “Şimali Koreya sentyabrın 2-də Sarı dəniz iqtiqamətində bir neçə qanadlı raket atıb. Şimali Koreyanın diktator lideri Kim Çen İn isə bir neçə gün əvvəl hərbi sursat fabrikinə baxış keçirib. Şimali Koreya nüvə proqramı ilə yanaşı hərbi dəniz qüvvələrinin gücləndirilməsinə çalışır. Bundan başqa Şimali Koreyada hədəflərin məhv edilməsi imitasiyası ilə taktiki nüvə silahlarına zərbələr endirmək üzrə təlimlər keçirilib”.
26 Sentyabr 12:57
1 106
26 Sentyabr 12:51
1 085
25 Sentyabr 17:59
1 274