

Mərkəzi Afrika Respublikasının Prezidenti Faustin-Archange Touadera dövlət çevrilişinin baş verdiyi Qabonda olub.
Trend-in məlumatına görə, bu barədə Qabonun “Media Time” xəbər portalı bildirib. Məlumata görə, Touadera bazar ertəsi keçid dövrünün prezidenti kimi and içmiş general Bris Oligi Nguema ilə görüşüb. Görüşün təfərrüatları barədə məlumat verilmir.
Touadera Qabona Mərkəzi Afrika Dövlətlərinin İqtisadi Birliyinin (ECOCAS) vasitəçisi kimi gəlib. ECOCAS-ın sentyabrın 1-də keçirilən sammitində Mərkəzi Afrika Respublikasının Prezidenti Qabonda konstitusiya quruluşunun tezliklə bərpasına nail olmaq üçün hərbçilərlə danışıqlar aparmaq mandatı alıb. Birlik sentyabrın 4-də bu ölkənin üzvlüyünü dayandırıb.