
İsrail təyyarələri Qəzza zolağının cənubunda yerləşən Rəfah şəhərini bombalayıb. Xalqcəbhəsi.az xarici mətbuata istinadən xəbər verir ki, qəzzalı bir ailə gecə yatarkən bombalara tuş gəlib. Dağıntıya çevrilən evdə yaşlı anasını axtaran qadın bombardmanda 4 uşağının yanaraq öldüyünü bildirib.